...

NATO Baş katibinin xüsusi nümayəndəsi inanır ki, islahatlar Gürcüstanın müdafiə qabiliyyətinin güclənməsinə kömək edəcək

Siyasət Materials 18 İyun 2010 12:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 iyun /Trend, müxbir N.Kirsxaliya/

Batumidə açılan ikigünlük beynəlxalq konfransın əsas məsələləri Əfqanıstandakı vəziyyət, Gürcüstanın müdafiə və təhlükəsizliyi sahəsində islahatlar və gələcək planlar olub.

"Müzakirələrimizin başlıca məsələsi Əfqanıstandır", - konfransda iştirak edən NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons jurnalistlərə deyib.

Bu gün işini davam etdirəcək konfrans çərçivəsində Simmons Gürcüstanın müdafiə naziri Baço Axalaya ilə görüşüb.

O qeyd edib ki, Gürcüstanın müdafiə naziri islahatlarla bağlı məruzəsini dinləyib və onların uğurla həyata keçiriləcəyinə inanır. "İnanırıq ki, bu islahatlar Gürcüstanın müdafiə qabiliyyətinin güclənməsinə kömək edəcək", - Simmons qeyd edib.

İki gün ərzində konfrans iştirakçıları Gürcüstanla NATO arasında münasibətləri və gələcək planları, eləcə də təhlükəsizlik konsepsiyası və müdafiə üzrə icmal sənədini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti