Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir K. Zərbalıyeva/
Azərbaycan və ABŞ hərbçiləri birgə hərbi tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən, iyunun 21-dən 24-dək Bakıda çavuş hazırlığı kursu, iyunun 21-dən 25-ə kimi bölmələrdə döyüş hazırlığının təşkili və idarə olunması üzrə seminar keçiriləcək.
Hərbçilərimiz Azərbaycan-ABŞ iş planına əsasən, iyunun 21-dən 25-nə kimi İtaliyada NATO-nun Dəniz Desant Qüvvələrinin "Alliqator" adlı konfransında iştirak edəcəklər.