...

Azərbaycan müxalifətinin bir hissəsi köhnə təfəkkürlə cəmiyyətə zorakılıq elementləri gətirmək yolunu tutublar - hakim partiyanın nümayəndəsi

Siyasət Materials 19 İyun 2010 13:38 (UTC +04:00)
Azərbaycan müxalifətinin bir hissəsi köhnə təfəkkürlə cəmiyyətə zorakılıq elementləri gətirmək yolunu tutublar.
Azərbaycan müxalifətinin bir hissəsi köhnə təfəkkürlə cəmiyyətə zorakılıq elementləri gətirmək yolunu tutublar - hakim partiyanın nümayəndəsi

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyasından olan deputat siyasi müxalifəti vəzifəsini yerinə yetirməməkdə suçlayıb.

"Azərbaycanın siyasi müxalifəti hüquqlarını bilir, amma vəzifəsini yerinə yetirmək istəmir. Vəzifənin birinci maddəsi qanuna hörmətdir. Bu gün Azərbaycan müxalifəti seçkiqabağı bir-birinin ardınca qanunsuz aksiyalar keçirməyə cəhd edir. Əslində onu aksiya keçirmək deyil, aksiyanı qanunsuz keçirmək maraqlandırır. Onu polislə toqquşmaq, gərginlik yaratmaq, ajiotaj yaratmaq elementləri maraqlandırır. Mən təəssüf edirəm ki, bu gün Azərbaycan müxalifətinin bir hissəsi köhnə təfəkkürlə cəmiyyətə zorakılıq elementləri gətirmək yolunu tutublar", - bunu şənbə günü Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib.

Azərbaycanın bəzi müxalifət partiyaları artıq son bir ayda 4-5 dəfə icazəsiz aksiya keçirməyə cəhd edib. Onlar Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi ərazilərdə etiraz aksiyası keçirməkdən imtina edirlər.

Mirzəzadə hesab edir ki, müxalifətin aktivliyi ancaq seçkiqabağı olur.

"Noyabrda seçki keçiriləndən qabağ bir də 2013-cü ildə prezident seçkiləri ərəfəsində Bakı şəhər İcra Hakimiyyəti və ya hər hansı bir strukturun qarşısında qanunsuz aksiya keçirməyə çalışacaqlar. Müxalifətin vəzifəsi dövlətin məsuliyyət yükünü iqtidarla birlikdə çəkməkdir. Bizim müxalifətdə bu yoxdur. Dövlətin məsuliyyət yükünü müxalifət çəkmək istəmir. Onları sözçülük, populizm və məsuliyyətsizlik maraqlandırır. Ama bir məsələ var ki, Azərbaycan dövləti istənilən halda təmkinlidir, hətta qanunu pozan şəxslərin simasında öz vətəndaşlarını görür və onlara qanun çərçivəsində maksimum təmkinli yanaşır", - deputat əlavə edib.

Azərbaycanda noyabrın ilk həftəsində parlament seçkisinin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti