...

Bakıda Azərbaycan-Polşa iqtisadi əməkdaşlığı müzakirə olunacaq – səfir

Siyasət Materials 22 İyun 2010 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir S.Ağayeva/

Bakıda Azərbaycan-Polşa iqtisadi əməkdaşlığı müzakirə olunacaq. Danışıqlar iyunun 29-da Polşa xarici işlər nazirinin müavini Pavel Voytsexovskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçiriləcək. Bu barədə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski bazar ertəsi məlumat verib.

Səfir nümayəndə heyətinin tərkibinə Bakıda ticari-iqtisadi əlaqələrin inkişafı imkanlarını müzakirə etmək niyyətində olan Polşa biznes dairələrinin nümayəndələrinin də daxil olduğunu bildirib.

Azərbaycana səfər çərçivəsində iki ölkənin işgüzar adamlarının iştirakı ilə biznes forumu keçiriləcək.

Xəbər lenti

Xəbər lenti