...

Gürcüstanda vertolyot qəzaya uğrayıb

Siyasət Materials 22 İyun 2010 17:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 iyun /Trend, müxbir N.Kirsxaliya/

Ozurgeti rayonunun Meriya ərazisində (Quriya regionu, Qərbi Gürcüstan) vertolyot qəzaya uğrayıb. Vertolyotun qəzaya uğraması zamanı xəsarət alan olmayıb. Bu barədə Trend-ə Gürcüstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar xidmətindən bildiriblər.

Vertolyot əkin sahələri üzərində kimyəvi dərmanlar səpməklə məşğul olub. Vertolyotda yalnız pilot olub ki, o da sağ qalıb.

Hadisə yerinə mütəxəssislərlə qəzanın başvermə səbəblərini aydınlaşdıran DİN əməkdaşları baş çəkib.

Xəbər lenti

Xəbər lenti