...

Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasına kömək etmək niyyətindədir – kansler (YENİLƏNİB)

Siyasət Materials 22 İyun 2010 19:00 (UTC +04:00)

RED. əlav.: üçüncü abzasdan sonra Merkel və Sarkisyanın sözləri əlavə edilib, məlumatın mənbəyi dəyişib

Almaniya kansleri Angela Merkel və Ermənistan Prezidenti Serj Sarkisyan çərşənbə axşamı Berlində Dağlıq Qarabağ probleminin nizamlanması prosesini müzakirə ediblər. Məlumatı ArmToday agentliyi yayıb.

"Almaniya ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir", - Almaniya kansleri Angela Merkel Berlində Sarkisyanla birgə mətbuat konfransında bəyan edib.

Merkel münaqişənin nizamlanmasının region üçün həddindən artıq əhəmiyyətli olmasını qeyd edib.

"Almaniya Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ətrafında və Qafqaz regionunda yaranmış münaqişənin həlli edilməsi yollarının axtarılmasına kömək etmək niyyətindədir", - Almaniya kansleri Angela Merkel Berlində Sarkisyanla birgə mətbuat konfransında bəyan edib. Məlumatı İTAR-TASS yayıb.

Sarkisyan Almaniyada rəsmi səfərdədir. Federal kanslerin idarəsində AFR hökumətinin rəhbəri ilə görüşdən əvvəl Ermənistan rəhbərinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

"Haradakı kömək etmək imkanımız var, biz bunu etmək istəyirik", - Merkel qeyd edib. O, Ermənistan və Türkiyə arasında münasibətlərin yaxşılaşacağına ümid etdiyini də bildirib.

"Biz bir neçə vaxt bundan əvvəl Türkiyə və Ermənistan münasibətlərinin irəliləməsini alqışladıq. Təəssüf ki, indi bu irəliləyiş dayanıb", - federal kansler vurğulayıb.

Kansler onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanacağı təqdirdə, bu problem də həllini tapacaq.

Sarkisyan bildirib ki, bu proses böyük siyasi iradənin mövcud olduğu zaman yarana bilər. "Hərçənd ki, biz bunu Türkiyədə görmədik. Rəsmi Ankaranın indiki siyasəti münasibətlərimizin yenidən bərpasına kömək etmir", - Ermənistan Prezidenti qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti