...

Müxalifət partiyaları Azərbaycanın eks-prezidentini anıblar

Siyasət Materials 24 İyun 2010 10:31 (UTC +04:00)
Azərbaycanın eks-prezidenti, Milli-Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günü ilə bağlı müxalifət liderləri cümə axşamı onun məzarını ziyarət ediblər.

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın eks-prezidenti, Milli-Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günü ilə bağlı müxalifət liderləri cümə axşamı onun məzarını ziyarət ediblər.

Bu gün Azərbaycanın eks-prezidenti, Milli-Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 72 yaşı tamam olur. O, 1938-ci ildə Naxçıvanda dünyaya gəlib.

Məhz onun prezidentliyi dövründə sovet qoşunları ölkədən çıxarılıb, Azərbaycanın milli valyutası dövriyyəyə buraxılıb, ali məktəblərə qəbul imtahanlarında test üsulu tətbiq edilib.

Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də Türkiyədə, müalicə olunduğu "Gülhanə" xəstəxanasında vəfat edib.

Anım mərasimində Müsavat Partiyası, Demokratiya Uğrunda İttifaqa daxil olan Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Qurtuluş və "Azadlıq" blokuna daxil olan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti