...

Azərbaycanın XİN rəhbəri İraqın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 24 İyun 2010 17:19 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İraq Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Qubeyşi əl-Bərrakı qəbul edib.
Azərbaycanın XİN rəhbəri İraqın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İraq Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Qubeyşi əl-Bərrakı qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Etimadnamənin surətini təqdim edən əl-Bərrak ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq, İraq-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Öz növbəsində nazir Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə səfiri təbrik edib və iki ölkə arasındakı əlaqələrin intensivləşdirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunmasının məqsədəmüvafiqliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti