...

GUAM Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hərbi insidenti müzakirə edəcək

Siyasət Materials 25 İyun 2010 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Təhlükəsizlik məsələləri, eləcə də bu günlərdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi insident bu ilin iyulunda Kiyevdə toplaşacaq GUAM Milli Əlaqələndiriciləri Şurasının gündəliyinə salınıb. Bu barədə Trend-ə cümə günü təşkilatın baş katibi Valeri Çeçelaşvili məlumat verib.

Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin məlumatına görə, iyunun 18-dən 19-na keçən gecə Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttinin şimal hissəsində itkilərə gətirib-çıxaran silahlı insident baş verib.

İnsident Rusiya Prezidentinin dəvəti ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqları davam etdirmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 17-də Sankt-Peterburqda keçirilən görüşündən dərhal sonra baş verib.

"Şurada bir çox təhlükəsizlik məsələləri, eləcə də GUAM ölkələri ərazisindəki dondurulmuş münaqişələr üzrə BMT çərçivəsində bizim birgə qətnamələrin irəliləməsi məsələsi də müzakirə olunacaq", - Çeçelaşvili bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti