...

Azərbaycanın prokurorluq orqanlarının bir qrup vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb ediliblər

Siyasət Materials 25 İyun 2010 17:53 (UTC +04:00)
Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəis müavini Məhəmməd Cabbarov tutduğu vəzifədən azad edilib.
Azərbaycanın prokurorluq orqanlarının bir qrup vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb ediliblər

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın prokurorluq orqanlarının bir qrup vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb ediliblər.

Baş Prokurorluğun internet saytının cümə günü yaydığı məlumata görə, baş prokuror Zakir Qaralovun əmri ilə konkret cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılması təmin edilmədiyinə, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması ilə nəticələnən qanunsuzluq hallarına yol verildiyinə görə Sumqayıt şəhər prokurorluğunun və Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin bir sıra vəzifəli şəxsləri ciddi intizam məsuliyyətinə cəlb olunub.

Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəis müavini Məhəmməd Cabbarov tutduğu vəzifədən azad edilib.

Eyni zamanda, istintaq işinin keyfiyyətinin yüksəldilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin və cinayət işlərinin istintaqı üzərində prokuror nəzarətinin gücləndirilməsi məqsədilə bütün tabe prokurorlara konkret tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti