...

Azərbaycanın "Vəhdət" partiyası hakim partiyanın deputatlığa namizədlərini dəstəkləmək niyyətindədir

Siyasət Materials 26 İyun 2010 13:03 (UTC +04:00)
Azərbaycan iqtidarının siyasi kursunu dəstəkləyən "Vəhdət" partiyası hakim Yeni Azərbaycan Partiyası ilə namizədlərin eyni dairədən irəli sürülməməsi və birgə dəstəklənməsi ilə bağlı qeyri-rəsmi danışıqlar aparır.
Azərbaycanın "Vəhdət" partiyası hakim partiyanın deputatlığa namizədlərini dəstəkləmək niyyətindədir

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir M. Əliyev/

Azərbaycan iqtidarının siyasi kursunu dəstəkləyən "Vəhdət" partiyası hakim Yeni Azərbaycan Partiyası ilə namizədlərin eyni dairədən irəli sürülməməsi və birgə dəstəklənməsi ilə bağlı qeyri-rəsmi danışıqlar aparır. Bu barədə Trend-ə "Vəhdət" partiyasının sədri Tahir Kərimli bildirib.

Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

"Vəhdət" partiyası prezidentin strategiyasını müdafiə edən partiya kimi namizədlərinin seçilməsində YAP-ın dəstəyini ala bilər", - Kərimli bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi partiya da öz növbəsində YAP-ın namizədlərini başqa dairələrdə müdafiə etməyə hazırdır.

Аzərbаycаn Аli Məhkəməsinin kеçmiş sədri, sаbiq millət vəkili Tаhir Кərimlinin rəhbərlik еtdiyi "Vəhdət" pаrtiyаsı 2006-cı ilə qədər müхаlifət mövqеyində оlub. Pаrtiyа hаzırdа iqtidаrın siyаsi kursunu dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti