...

Prezident İlham Əliyev Almaniyanın Azərbaycandakı səfirini qəbul edib

Siyasət Materials 28 İyun 2010 14:16 (UTC +04:00)
Səfir Per Stankina Azərbaycanda fəaliyyəti dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük inkişafın əldə olunduğunu vurğulayıb. O, həmçinin bu dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya birliyinin diqqətinin artdığını da qeyd edib.
Prezident İlham Əliyev Almaniyanın Azərbaycandakı səfirini qəbul edib

Prezident İlham Əliyev bazar ertəsi Almaniyanın Azərbaycandakı səfiri Per Stankinanı fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfir Per Stankina Azərbaycanda fəaliyyəti dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük inkişafın əldə olunduğunu vurğulayıb. O, həmçinin bu dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya birliyinin diqqətinin artdığını da qeyd edib.

Prezident İlham Əliyev son illər ərzində ölkəmizin Almaniya ilə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini, yüksək səviyyədə səmərəli görüşlərin keçirildiyini və güclü tərəfdaşlıq prinsiplərinə əsaslanan əlaqələrimizin bütün sahələrdə genişləndiyini vurğulayıb.

Prezident əmin olduğunu bildirib ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da möhkəmlənəcək.

İlham Əliyev Per Stankinaya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti