...

Bakı və Vaşinqtonun münasibətlərinin yaxşılaşması üçün zəmin var - ekspert

Siyasət Materials 30 İyun 2010 10:35 (UTC +04:00)

ABŞ, Nyu York, 29 iyun /Trend, müxbir K.Paşayeva/

Hazırda münasibətlərin yaxşılaşması üçün zəmin var. Beynəlxalq Sülh Fondunun Qafqaz üzrə elmi əməkdaşı Karneqi Tomas de Val belə hesab edir.

"Danışıqların əsas mövzusu Əfqanıstan, neft və qaz, eləcə də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət olacaq", - Trend-ə de Val bildirib.

Onun sözlərinə görə, ABŞ-Azərbaycan münasibətləri ötən il həqiqətən də pisləşmişdi. "Bakıda səfirin olmaması və İlham Əliyevin Vaşinqtonda keçirilən nüvə sammitinə dəvət edilməməsi ikitərəfli münasibətlərə ciddi xələl gətirib", - o bildirib.

De Valın sözlərinə görə, ABŞ erməni-türk prosesini lobbiləşdirərkən, Bakı ilə əlavə məsləhətləşmələr aparmalı idi.

Ekspertin fikrincə, geniş aspektdə ABŞ politoloqlarının Cənubi Qafqaza səfəri region ölkələrini Amerikanın Rusiya ilə münasibətlərinin "artıq yüklənməsi"nin onların hesabına baş verməyəcəyi barədə məlumatlandırmaqdan ibarətdir.

"Yeni administrasiyanın "ilk növbədə Rusiya" və ya "yalnız Rusiya" siyasəti aparması ilə bağlı şübhə həm Qafqazda, həm də Vaşinqtonda var", - o qeyd edib.

"Əslində Vaşinqton və Moskva arasında münasibətlərin yaxşılaşması region ölkələrinə yaxşı təsir etməlidir: Moskva daha ağıllı hərəkət edəcək və onun Vaşinqtonla münasibətləri korlamamaq şərtilə daha çox stimulu olacaq", - ekspert belə hesab edir.

ABŞ dövlət katibi Hillari Klinton iyulun 1-dən 5-dək Ukrayna, Polşa, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

"Klinton iyulun 1-dən 5-dək Kiyev, Krakov, Bakı, Yerevan və Tbilisidə olacaq", - Dövlət Departamentinin məlumatında deyilir.

"Dövlət Departamentinin rəhbərinin səfəri Azərbaycan, Ermənistan və Gürcüstanda davam edəcək. Dövlət katibi orada ikitərəfli münasibətləri, sülh və sabitlik məsələlərini bu ölkələrin rəhbərləri ilə müzakirə edəcək və vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək", - məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti