...

Azərbaycanda yaşayan Polşa vətəndaşları Komorovskiyə səs veriblər

Siyasət Materials 5 İyul 2010 00:57 (UTC +04:00)
Azərbaycanda yaşayan Polşa vətəndaşları prezident seçkilərinin ikinci turunda Bronislav Komorovskiyə səs veriblər. Bu barədə Trend-ə Bakıdakı Polşa səfirliyinin ikinci katibi Yan Brodovski məlumat verib.
Azərbaycanda yaşayan Polşa vətəndaşları Komorovskiyə səs veriblər

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda yaşayan Polşa vətəndaşları prezident seçkilərinin ikinci turunda Bronislav Komorovskiyə səs veriblər. Bu barədə Trend-ə Bakıdakı Polşa səfirliyinin ikinci katibi Yan Brodovski məlumat verib.

Brodovskinin sözlərinə görə, səs vermiş 52 Polşa vətəndaşından 38-i Komorovskiyə, 12-si Yaroslav Kaçinskiyə səs verib. İki seçki bülleteni isə düzgün doldurulmayıb və buna görə də etibarsız hesab olunub.

Polşanın Azərbaycandakı səfirliyində 22 saylı seçki məntəqəsi yaradılıb və seçkilər zamanı Azərbaycanda olan bütün Polşa vətəndaşları bu seçki məntəqəsində səs vermək hüququna malik idi.

Səsvermə Bakı vaxtı ilə saat 23:00-də başa çatıb.

Seçkilərin birinci turunda 10 namizəd iştirak edib. Namizədlərdən heç biri qalib gəlmək üçün zəruri olan seçici səslərinin yarısını qazana bilməyib. İkinci tura prezidentliyə hakim "Vətəndaş platforması" partiyasından olan namizəd, Seymin spikeri Bronislav Komorovski və "Hüquq və ədalət" partiyasının lideri Yaroslav Kaçinski çıxıb.

Xəbər lenti

Xəbər lenti