...

Latviyanın Azərbaycandakı yeni səfirinin adı məlum olub

Siyasət Materials 6 İyul 2010 12:15 (UTC +04:00)
Hardis Baumanis (Hardijs Baumanis) bundan sonra Latviyanın Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edəcək.
Latviyanın Azərbaycandakı yeni səfirinin adı məlum olub

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir S.Ağayeva/


Hardis Baumanis (Hardijs Baumanis) bundan sonra Latviyanın Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edəcək. Yeni səfirin çərşənbə axşamı Latviya Prezidenti Valdis Zatlers tərəfindən qəbul edilməsi planlaşdırılıb. Prezident ona etimadnaməni Azərbaycan rəhbərliyinə təqdim etmək üçün verəcək.

Baumanis Azərbaycana təyin olunmazdan əvvəl bu ölkənin Litvadakı diplomatik nümayəndəliyinə rəhbərlik edib. Bu barədə Trend-ə Latviyanın Bakıdakı Səfirliyindən bildiriblər.

Baumanis yeni vəzifəsində 2006-cı ildən Azərbaycanda çalışan Mixail Popkovsu əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti