...

Azərbaycanın xarici işlər nazirinin müavini Niderland Krallığı parlamentinin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 6 İyul 2010 17:44 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov xanım Mariko Petersin başçılıq etdiyi Niderland Krallığı parlamentinin nümayəndə heyətini qəbul edib.
Azərbaycanın xarici işlər nazirinin müavini Niderland Krallığı parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov xanım Mariko Petersin başçılıq etdiyi Niderland Krallığı parlamentinin nümayəndə heyətini qəbul edib. Məlumatı çərşənbə axşamı nazirliyin mətbuat xidməti yayıb.

Görüş zamanı tərəflər regiondakı vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanma prosesinin hazırkı durumu, regionda gerçəkləşdirilən layihələr və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti