...

Azərbaycan və ABŞ müdafiə rəsmiləri Bakıda ikigünlük məsləhətləşmələrə başlayıblar (FOTO)

Siyasət Materials 12 İyul 2010 13:28 (UTC +04:00)
Birləşmiş Ştatlar və Azərbaycanın müdafiə rəsmiləri bu gün Bakıda ikigünlük ikitərəfli müdafiə məsləhətləşmələrinə (İMM) başlayıb.
Azərbaycan və ABŞ müdafiə rəsmiləri Bakıda ikigünlük məsləhətləşmələrə başlayıblar (FOTO)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir S.Ağayeva/

Birləşmiş Ştatlar və Azərbaycanın müdafiə rəsmiləri bu gün Bakıda ikigünlük ikitərəfli müdafiə məsləhətləşmələrinə (İMM) başlayıb. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Görüşlər zamanı Pentaqon və Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri ikitərəfli əməkdaşlıq üzrə geniş çesiddə məsələləri nəzərdən keçirəcək və növbəti il üçün konkret planlar müəyyənləşdirəcək.

Müdafiə naziri köməkçisinin müavini Selesta Uolander ikitərəfli müdafiə məsləhətləşmələri üzrə ABŞ-ın nümayəndə heyətinə rəhbərlik edir. ABŞ-ın Avropa komandanı və ABŞ Səfirliyinin rəsmiləri onunla birgə iştirak edəcəklər. İkitərəfli müdafiə məsləhətləşmələri Bakı ilə Vaşinqton arasında növbə ilə ildə bir dəfə keçirilir.

Xəbər lenti

Xəbər lenti