...

Serbiya və Azərbaycanın əməkdaşlığın inkişafı üçün böyük potensialları var – Baş nazir Svetkoviç

Siyasət Materials 13 İyul 2010 13:45 (UTC +04:00)
Serbiya və Azərbaycanın gələcək inkişaf və ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük potensialı var. Bu barədə Serbiyanın Baş naziri Mirko Svetkoviç Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşündə bildirib. Bu barədə Serbiya hökumətinin saytında dərc olunmuş məlumatda deyilir.
Serbiya və Azərbaycanın əməkdaşlığın inkişafı üçün böyük potensialları var – Baş nazir Svetkoviç

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Qasımova/

Serbiya və Azərbaycanın gələcək inkişaf və ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük potensialı var. Bu barədə Serbiyanın Baş naziri Mirko Svetkoviç Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşündə bildirib. Bu barədə Serbiya hökumətinin saytında dərc olunmuş məlumatda deyilir.

"Serbiya və Azərbaycan arasında çox yaxşı ikitərəfli siyasi münasibətlər yaranıb və biz Azərbaycana Kosovo və Metoxiyanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinin müdafiəsində Serbiyaya göstərdiyi ardıcıl dəstəyə görə minnətdarlığımızı bildiririk", - Baş nazir deyib.

Svetkoviç və Mustafayev gələcək əməkdaşlığın, ilk növbədə, energetika və əczaçılıq sənayesi sahələrində həyata keçirilməsində həmrəydirlər.

Xəbər lenti

Xəbər lenti