...

BMT Azərbaycan paytaxtını öz təsnifatında "A" dərəcəli xidmət yeri kimi təyin edib

Siyasət Materials 13 İyul 2010 17:20 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyindən ölkənin Xarici İşlər Nazirliyinə daxil olmuş məlumata əsasən, Bakıda yaşayış şəraitinin sürətlə yaxşılaşmasını qəbul edərək, BMT Bakını öz təsnifatında cari ilin 1 iyul tarixindən "A" dərəcəli xidmət yeri kimi təyin etmək qərarına gəlib.
BMT Azərbaycan paytaxtını öz təsnifatında "A" dərəcəli xidmət yeri kimi təyin edib

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyindən ölkənin Xarici İşlər Nazirliyinə daxil olmuş məlumata əsasən, Bakıda yaşayış şəraitinin sürətlə yaxşılaşmasını qəbul edərək, BMT Bakını öz təsnifatında cari ilin 1 iyul tarixindən "A" dərəcəli xidmət yeri kimi təyin etmək qərarına gəlib. Bu barədə XİN mətbuat xidmətinin məlumatında deyilir.

BMT sistemində xidməti yerlərin təsnifatı "A"dan "E"yə kimi sıralanır və bu yerlərə ezam olunmuş BMT-nin beynəlxalq heyət üzvlərinə yaşayış üçün bəzi münasib şərtlərin olmamasının qarşılığı müqabilində əlverişsiz şəraitə görə əlavə ödəmə həyata keçirilir. "A" kateqoriyasına daxil olan xidməti yerlər yaxşı yaşayış şəraitinə malik yerlər hesab olunduğundan əlavə ödəmə nəzərdə tutulmur. Sıralanmanın əks tərəfində isə Kabul, Peşavar, Harare və Moqadişo kimi çətin şəraiti olan "E" kateqoriyalı xidmət yerləri durur.

Azərbaycanın qonşu ölkələrinə nəzər salınsa, BMT-nin fəaliyyət göstərdiyi əsas şəhərlərin hazırkı sıralanması belədir: A - Bakı, Ankara, İstanbul, Moskva; C - Tehran, Yerevan; D - Aşqabad, Tbilisi.

Xəbər lenti

Xəbər lenti