...

Bakıda Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası üzrə məsləhətləşmələr keçirilib

Siyasət Materials 14 İyul 2010 17:04 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan-Gürcüstan Sərhədinin Delimitasiya və Demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov və Gürcüstan xarici işlər nazirinin müavini, Gürcüstan Sərhədlərinin Delimitasiyası üzrə Dövlət Komissiyasının sədri David Calaqaniya arasında məsləhətləşmələr keçirilib.
Bakıda Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası üzrə məsləhətləşmələr keçirilib

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir S.Ağayeva/ 

Çərşənbə günü Bakıda Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan-Gürcüstan Sərhədinin Delimitasiya və Demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov və Gürcüstan xarici işlər nazirinin müavini, Gürcüstan Sərhədlərinin Delimitasiyası üzrə Dövlət Komissiyasının sədri David Calaqaniya arasında məsləhətləşmələr keçirilib. Məlumatı Azərbaycan XİN-in mətbuat xidməti yayıb.

Məsləhətləşmələr çərçivəsində Azərbaycan-Gürcüstan dövlət sərhədinin razılaşdırılmamış sahələri və bununla əlaqədar ekspertlər səviyyəsində keçirilmiş görüşlərin nəticələri müzakirə edilib və göstərilən sahələrdə sərhəd xəttinin keçməsinin razılaşdırılmasında irəliləyiş qeydə alınıb.

Komissiya sədrləri Dövlət komissiyalarının birgə növbəti iclasının bu ilin sentyabr ayında Azərbaycanda keçirilməsi barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti