...

Azərbaycanın Küveytdəki səfiri diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüş keçirib

Siyasət Materials 19 İyul 2010 14:29 (UTC +04:00)
Səfir Şahin Abdullayev Küveytdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri millət vəkili Valid Təbtəbai ilə görüş keçirib.
Azərbaycanın Küveytdəki səfiri diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüş keçirib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir S.Ağayeva/

Səfir Şahin Abdullayev Küveytdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri millət vəkili Valid Təbtəbai ilə görüş keçirib.

Azərbaycanın Küveytdəki səfirliyinin bazar ertəsi yaydığı məlumata görə, görüş əsnasında Abdullayev Azərbaycan ilə Küveyt arasındakı əlaqələrin inkişafında qanunverici orqanların oynadığı vacib rolu qeyd edərək, iyun 12-15 tarixlərində millət vəkili Əkrəm Abdullayevin başçılığı altında Küveytə səfər edən Azərbaycan Parlamenti nümayəndə heyətinin səfərinin təşkilinə, keçirilmiş məhsuldar görüşlərə və bu səfərin nəticəsi olaraq təşkil olunmuş mətbuat konfransında Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə pisləyən bəyanatla çıxış etdiyinə görə Təbtəbaiyə minnətdarlığını ifadə edib.

Azərbaycan-Küveyt parlamentlərarası əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edən səfir, Azərbaycan millət vəkillərinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərini bu ilin sentyabrında Azərbaycana dəvət etdiklərini xatırladıb.

Təbtəbai Azərbaycan ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini və hələ 90-cı illərin əvvəllərində Azərbaycan üçün çətin olan vaxtlarda Azərbaycana humanitar yardımlar apardığını qeyd edərək, Bakıya yenidən səfər etmək üçün dəvətə görə minnətdarlığını ifadə edib və dostluq qrupunun digər üzvləri ilə əlaqələndirərək, bu səfərin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Təbtəbai Küveytdə diplomatik fəaliyyətinin başa çatması və yeni diplomatik təyinatı ilə əlaqədar səfir Abdullayevə uğurlar arzulayıb, Azərbaycan ilə Küveyt arasındakı əlaqələrin inkişafına verdiyi töhfəsinə görə ona minnətdarlığını bildirib və əziz tutduğu şəxsi dostluq münasibətlərini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti