...

Azərbaycan xarici aləm üçün açıqdır – Fransanın NATO-da nümayəndəsi

Siyasət Materials 21 İyul 2010 13:26 (UTC +04:00)
NATO-nun ekspertlər qrupu Azərbaycana həsr olunmuş geniş məsləhətləşmələr aparırlar və ölkənin dünya ictimaiyyətinə inteqrasiya prosesi nəticə kimi vacibdir, - Fransanın NATO-da daimi nümayəndəsinin məsləhətçisi Lor Borqamano belə hesab edir.
Azərbaycan xarici aləm üçün açıqdır – Fransanın NATO-da nümayəndəsi

Аzərbaycan, Bakı, 22 iyul /Trend,müxbir Т.Konyayeva/

NATO-nun ekspertlər qrupu Azərbaycana həsr olunmuş geniş məsləhətləşmələr aparırlar və ölkənin dünya ictimaiyyətinə inteqrasiya prosesi nəticə kimi vacibdir, - Fransanın NATO-da daimi nümayəndəsinin məsləhətçisi Lor Borqamano belə hesab edir.

"Azərbaycanın xarici aləm üçün açıq olması mühümdür", - Lor Borqamano çərşənbə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "NATO-nun yeni strateji konsepsiyası" mövzusuna həsr olunmuş "dəyirmi masa"da çıxış edərkən deyib.

Onun sözlərinə görə, NATO-nun yeni konsepsiyasında NATO ilə Fars körfəzi, Cənubi Qafqaz və digər dövlətlər arasında yeni əməkdaşlıq formaları şərh olunub.

"Biz hazırkı mərhələdə regional münaqişələrin həllində iştirak edə bilmərik. Bu məsələ ilə məşğul olan çoxsaylı təşkilatlar mövcuddur. Biz məsləhətlər vermək və fikir mübadiləsi aparmaqla yalnız kömək edə bilərik", - Lor deyib.

"Dəyirmi masa" zamanı təşkilatın yeni strateji konsepsiyası ilə yanaşı, NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq perspektivləri, mövcud təhlükəsizlik sistemində Şimali Atlantik Blokunun rolu, NATO-nun dünyada mövqeyi və terrorizmlə mübarizə məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti