...

İlham Əliyev Misir Prezidentini təbrik edib

Siyasət Materials 22 İyul 2010 21:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Məhəmməd Hüsni Mübarəkə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Misir Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Məhəmməd Hüsni Mübarəkə təbrik məktubu ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi və arzularımızı yetirirəm. Azərbaycan-Misir münasibətləri xoş ənənələrə malikdir. Əminəm ki, bu ənənələrin qorunub saxlanması, dostluq münasibətlərimizin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişaf etdirilməsi yolunda addımlarımız daim xalqlarımızın rifahına xidmət edəcəkdir", - məktubda deyilir.

İlham Əliyev Hüsni Mübarəkə möhkəm cansağlığı, işlərində uğurlar, dost Misir xalqına əmin-amanlıq və tərəqqi diləyib.

Xəbər lenti

Xəbər lenti