...

ATƏT-in Baş katibi Gürcüstan-Rusiya münaqişəsinin dinc yolla nizamlanmasına "Gürcüstanın konstruktiv yanaşmasını" alqışlayır

Siyasət Materials 26 İyul 2010 14:08 (UTC +04:00)
Avstriyada işgüzar səfərdə olan Gürcüstan Baş nazirinin müavini Georgi Baramidze ATƏT-in Baş katibi Mark Brişambo ilə görüşüb.
ATƏT-in Baş katibi Gürcüstan-Rusiya münaqişəsinin dinc yolla nizamlanmasına "Gürcüstanın konstruktiv yanaşmasını" alqışlayır

Gürcüstan, Tbilisi, 26 iyul /Trend, müxbir N.Kirsxaliya/

Avstriya
da işgüzar səfərdə olan Gürcüstan Baş nazirinin müavini Georgi Baramidze ATƏT-in Baş katibi Mark Brişambo ilə görüşüb. Görüş tam qarşılıqlı anlaşma şəraitində keçib. Bu barədə Trend-ə Baş nazirin müavini aparatından məlumat verilib.

Söhbət ATƏT-in Astanada keçirilməsi planlaşdırılan sammiti haqqında olub. Həmin sammitdə Gürcüstana öz ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz doğma yerlərinə qayıtması məsələsini bir daha qaldırmaq imkanı veriləcək.

ATƏT-in Baş katibi Gürcüstan-Rusiya münaqişəsinin dinc yolla nizamlanmasına Gürcüstanın konstruktiv yanaşmasını alqışlayıb və diqqəti Gürcüstanın beynəlxalq birliklə səmərəli əməkdaşlığının perspektivlərinə yönəldib.

Eləcə də söhbət BMT Beynəlxalq Məhkəməsinin Kosovonun müstəqilliyini tanımasından gedib. Qeyd olunub ki, Gürcüstan və Kosovo hadisələri bir-birindən tamamilə fərqlənir və Kosovonun müstəqilliyinin tanınması Abxaziya və Cənubi Osetiya ərazilərinin tanınmasına təsir etməyəcək.

Georgi Baramidze ATƏT-in Gürcüstandakı missiyasının fəaliyyətinin bərpası barədə istəyini ifadə edib. Beynəlxalq müşahidəçilərin Abxaziya və Cənubi Osetiya ərazilərinə buraxılmasının, həm təhlükəsizllik, həm də insan haqlarının müdafiəsi baxımından vəziyyətin monitorinqinin keçirilmə zəruriliyi də qeyd olunub.

ATƏT-in Baş katibi özünün Gürcüstana sentyabr ayına təyir edilmiş səfərini təsdiqləyib.

Gürcüstan Baş nazirinin müavini səfər çərçivəsində Avstriya Parlamenti sədrinin birinci müavini Frits Noigebauerlə də görüşüb.

Görüş mehriban dostluq şəraitində keçib.

Avstriya Parlamenti sədrinin birinci müavini Gürcüstanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı tam dəstəyini ifadə edib. Görüşdə Gürcüstan-Rusiya münaqişəsinin dinc yolla nizamlanmasının əhəmiyyəti, ölkənin işğaldan azad olunmasının və məcburi köçkünlərin öz evlərinə qaytarılmasının bu nizamlanmanın başlıca şərti olduğu qeyd olunub.

Tərəflər, həmçinin, Gücüstan-Avstriya ikitərəfli münasibətlərinin dərinləşməsi arzusunu ifadə ediblər. Georgi Baramidze Frits Noigebauerdən Avstriya Parlamentində Gürcüstanla dostluq qrupunun yaradılmasını xahiş edib. Avstriya Parlamenti sədrinin birinci müavini öz tərəfindən Gürcüstana səfər etmək istəyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti