...

Azərbaycanda keçiriləcək parlament seçkilərində Sosialist İntenasionalı müşahidəçi qismində iştirak edəcək – Luis Ayala

Siyasət Materials 30 İyul 2010 15:47 (UTC +04:00)
Azərbaycanda keçiriləcək parlament seçkilərində Sosialist İnternasionalı müşahidəçi qismində iştirak edəcək
Azərbaycanda keçiriləcək parlament seçkilərində Sosialist İntenasionalı müşahidəçi qismində iştirak edəcək – Luis Ayala

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda keçiriləcək parlament seçkilərində Sosialist İnternasionalı müşahidəçi qismində iştirak edəcək. Bu barədə cümə günü keçirdiyi mətbuat konfransında Sosialist İnternasionalının baş katibi Luis Ayala bildirib.

"Biz seçkilərdə müşahidəçi qismində iştirak etməyi düşünürük. Bizim 20-25 nəfərlik müşahidəçi missiyamız olacaq. Prezident İlham Əliyevlə və xarici işlər naziri ilə görüşüm zamanı mənə bildirilib ki, "Sosintern"in müşahidəçi kimi iştirakı üçün hər cür şərait yaradılacaq", - Ayala əlavə edib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Sosialist İntenasionalının rəhbəri Azərbaycanda keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən də danışıb.

"Bu seçkilər daha azad, daha demokratik cəmiyyətin qurulması üçün şərait yaradacaq", - Ayala deyib.

Sosialist İnternasionalının rəhbəri iyulun 29-dan avqustun 1-nə qədər Azərbaycanda səfərdədir.

Xəbər lenti

Xəbər lenti