...

Azərbaycan iqtidarının daxili siyasəti nəticəsində ölkədə sosial-demokratların hərtərəfli fəaliyyəti üçün şərait yaranıb – Araz Əlizadə

Siyasət Materials 30 İyul 2010 16:46 (UTC +04:00)
Azərbaycan iqtidarının daxili siyasəti nəticəsində ölkədə sosial-demokratların hərtərəfli fəaliyyəti üçün şərait yaranıb.
Azərbaycan iqtidarının daxili siyasəti nəticəsində ölkədə sosial-demokratların hərtərəfli fəaliyyəti üçün şərait yaranıb – Araz Əlizadə

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan iqtidarının daxili siyasəti nəticəsində ölkədə sosial-demokratların hərtərəfli fəaliyyəti üçün şərait yaranıb. Bu barədə cümə günü Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə bildirib.

"Lakin indiki dövrdə istedadlı gənclər siyasətə gəlmirlər. Azərbaycan siyasətində romantizm dövrü başa çatıb. Gənclər çalışırlar ki, öz peşə karyeralarında inkişaf etsinlər. Ona görə də bu gün siyasi partiyalara yeni axın yoxdur", - Əlizadə əlavə edib.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda insanlar siyasətə partiyalardan gəlməyəcək. "Peşəkar karyerada müvəffəqiyyət qazanmış insanlar majoritar sistemdən istifadə edib siyasətə gələcəklər. Proporsional üsul Azərbaycanda bərpa olunmasa, partiyaların nüfuzu daha da aşağı enəcək", - partiya sədri deyib.

Əlizadə Azərbaycanda keçiriləcək parlament seçkilərində rəhbərlik etdiyi partiyanın seçki bloklarına qoşulması məsələsinə də aydınlıq gətirib.

"Azərbaycanda indiyə qədər yaranmış siyasi bloklar heç bir şeyə nail ola bilməyiblər. Biz belə yalançılara qoşulmaq istəmirik. Azərbaycan Sosial Demokrat Partiyası parlament seçkilərinə tək gedəcək", - Əlizadə əlavə edib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti