...

Bakı Rusiyaya meşə yanğınları ilə mübarizədə kömək edəcək

Siyasət Materials 3 Avqust 2010 18:11 (UTC +04:00)

RF subyektlərində baş verən meşə yanğınları ilə mübarizə aparmaq üçün Ukrayna və Azərbaycan Rusiyaya iki vertolyot və iki təyyarə verəcəklər. Bu barədə Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu çərşənbə axşamı RF Prezidenti ilə görüşdə bildirib. Məlumatı RİA Novosti yayıb.

Şoyqu Dmitri Medvedevdən bu nəqliyyat vasitələrinin ümumi reaksiya planına daxil edilməsini xahiş edib.

"Bəli, əlbəttə, icazə verirəm", - Medvedev müvafiq sənədləri imzalayarkən deyib.

Şoyqunun sözlərinə görə, beləliklə, Rusiyada yanğınlarla mübarizədə işlədilən hava gəmilərinin sayı, Ukrayna və Azərbaycanın təqdim etdikləri də nəzərə alınmaqla, 60 olacaq.

FHN rəhbəri qeyd edib ki, Ukraynadan 2 ədəd An-32 təyyarəsinin təqdim edilməsi barədə təklif daxil olub. "Bu amfibiya deyil", - o dəqiqləşdirib.

"Azərbaycandan onların iki il bundan əvvəl Rusiyadan aldıqları iki təyyarənin təqdim edilməsi barədə təklif gəlib", - Şoyqu qeyd edib.

O əlavə edib ki, digər ölkələrdən də təkliflər daxil olub. "Lakin biz bu ikisinin üzərində dayanmaq qərarına gəldik", - FHN rəhbəri məlumat verib.

"Biz ümumilikdə tərəfdaşlarımıza öz yardımlarını göstərmək barədə təkliflərinə görə minnətdarıq. Bu, bizim belə mürəkkəb şəraitdə olduğumuz bir vaxtda daha artıq təqdirəlayiqdir", - öz növbəsində Prezident vurğulayıb.

Xəbər lenti

Xəbər lenti