...

Metyu Brayza çox güclü diplomatdır – senator Riçard Luqar

Siyasət Materials 4 Avqust 2010 10:39 (UTC +04:00)
Metyu Brayza çox güclü diplomatdır. Bu barədə senator Riçard Luqar çərşənbə axşamı ABŞ Senatının Xarici əlaqələr komitəsində Birləşmiş Ştatların müxtəlif ölkələrdəki səfirləri postuna namizədlərlə işgüzar görüşdən sonra jurnalistlərə bildirib.
Metyu Brayza çox güclü diplomatdır – senator Riçard Luqar

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir A.Axundov/

Metyu Brayza çox güclü diplomatdır. Bu barədə senator Riçard Luqar çərşənbə axşamı ABŞ Senatının Xarici əlaqələr komitəsində Birləşmiş Ştatların müxtəlif ölkələrdəki səfirləri postuna namizədlərlə işgüzar görüşdən sonra jurnalistlərə bildirib. Bu barədə Cihan informasiya agentliyi məlumat yayıb.

" Metyu Brayza mənim çox inandığım, çox güclü diplomatdır", - komitənin sədr müavini  R.Luqar bildirib.

Çərşənbə axşamı ABŞ Senatının Xarici əlaqələr komitəsi Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyi üzrə səsverməni sentyabra qədər təxirə salıb.

Metyu Brayzanın namizədliyinə baxılması senator Barbara Bokserin təşəbbüsü ilə təxirə salınıb.

Luqar, həmçinin, Metyu Brayzanın təyinatı ilə bağlı dinləmələrin mümkün olan ən yaxın tarixdə keçiriləcəyinə ümidvar olduğunu deyib.

Bir ildən artıq müddətdə ABŞ-ın Azərbaycanda səfiri postunun boş qalması faktının Azərbaycan-Amerika münasibətlərinə necə təsir göstərəcəyi sualına cavab olaraq R.Luqar bildirib ki, belə vəziyyətin ikitərəfli münasibətlərə təsiri qaçılmazdır və o, həmişə mövcud vəziyyətin dəyişdirilməsi üçün böyük səy göstərdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti