...

Barıktabasov tərəfdarlarının çıxışları Qırğızıstanda vəziyyətin gərginləşməsinə gətirib çıxarmayacaq – ekspert Aleksandr Knyazev

Siyasət Materials 5 Avqust 2010 17:25 (UTC +04:00)
Qırğız müxalifətinin Urmat Barıktabasovu dəstəkləyən çıxışları çətin ki Qırğızıstanda vəziyyətin gərginləşməsinə gətirib çıxarsın.
Barıktabasov tərəfdarlarının çıxışları Qırğızıstanda vəziyyətin gərginləşməsinə gətirib çıxarmayacaq – ekspert Aleksandr Knyazev

Аzərbaycan, Bakı, 5 avqust /Trend, müxbir V.Javoronkova/

Qırğız müxalifətinin Urmat Barıktabasovu dəstəkləyən çıxışları çətin ki Qırğızıstanda vəziyyətin gərginləşməsinə gətirib çıxarsın. Qırğızıstan üzrə rusiyalı ekspert Aleksandr Knyazev belə hesab edir.

"Fikrimcə, bugünkü hadisələr - kriminal və siyasi lider Urmat Barıktabasovun tərədarlarının çıxışları ümumilikdə Qırğızıstanda vəziyyətin hansısa ciddi şəkildə gərginləşməsi demək deyil", - Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi əməkdaşı, regional proqramların əlaqələndiricisi Knyazev elektron poçt vasitəsilə Trend-ə bildirib.

Qırğızıstanda prezidentliyə keçmiş namizəd Urmat Barıktabasovun tərəfdarlarından ibarət böyük avtomobil karvanı Bişkəkə doğru hərəkət edir. Bəzi məlumatlara görə, karvana 200-dən çox nəqliyyat vasitəsi, eləcə də avtobus və mikroavtobuslar daxildir.

Qırğızıstan müvəqqəti hökumətinin məlumat-əlaqələndirmə mərkəzinin rəhbəri Fərid Niyazovun jurnalistlərə bildirdiyinə görə, Bişkekdə təhlükəsizlik tədbirləri gücləndirilib. O qeyd edib ki, respublika hakimiyyəti paytaxtda dinc və qanunvericilik çərçivəsində keçiriləcəyi halda qurultayın keçirilməsinə mane olmaq niyyətində deyil.

RİA Novosti müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Qırğızıstan DİN binası yanında hazırkı hakimiyyətin tərəfdarları da toplaşıb.

Müxalifət tərəfdarlarının məlumatına görə, lider Urmat Barıktabasov, eləcə də avtobus karvanı Kirşelk kəndi rayonunda Balıqçı-Bişkək yolunda saxlanılıb. Hüquq-mühafizə orqanları, guya karvanı Bişkəkə buraxmırlar. Parlament binası qarşısındakı Qədim meydanda mitinq davam edir.

Hökumət nümayəndəsi xüsusi xidmət orqanlarının operativ məlumatlarına istinadən bildirib ki, bir az əvvəl Bişkəkə gələn Barıktabasovun tərəfdarları "aqressiv əhval-ruhiyyədədirlər".

"Barıktabasov artıq çoxdan həm Qazaxıstanda, həm də Qırğızıstanda eyni vaxtda de-yure axtarışdadır. Qazaxıstan və Qırğızıstanın Baş prokurorluqlarına onun ekstradisiyası barədə sorğu göndərilib", - Siyasi Qərarlar İnstitutunun (Almatı) məsləhətçisi Knyazev bildirib.

Onun sözlərinə görə, məsələ ondadır ki, Barıktabasov Qırğızıstan və Qazaxıstan pasportlarına malikdir ki, bu da öz-özlüyündə cəzaya layiqdir. Çünki Qazaxıstan qanunvericiliyi ikili vətəndaşlığın mümkünlüyünü birmənalı olaraq istisna edir.

Ekspert bildirib ki, Qazaxıstanın hüquq-mühafizə orqanlarında Barıktabasov barəsində külli miqdarda suallar toplanıb.

"Qırğızıstan hüquq-mühafizə orqanlarının qazaxıstanlı həmkarlarının sorğusuna reaksiya vermək cəhdlərinin Barıktabasovu guya siyasi şüarlar altında hazırkı çıxışların təşkilinə təhrik etməsi mümkündür, - Knyazev bildirib. - Respublika rəhbərliyinin vəzifəsi hansısa qeyri-sabitliyə yol verməmək, Barıktabasovun tərəfdarları tərəfindən mümkün təxribatları neytrallaşdırmaq, adamların əksəriyyətinə baş verənlərin mahiyyətini başa salmaqdır".

Knyazevin fikrincə, ona qarşı həm Qırğızıstanda, həm də Qazaxıstanda irəli sürülən ittihamlar haqqında məlumatları açıqlamaq məqsədəuyğun olardı.

Ekspertin fikrincə, əks halda, Qırğızıstan dövlət strukturlarının ümumi işləmək bacarığının o qədər də yüksək olmadığını nəzərə alaraq, bu, ümumilikdə respublikadakı vəziyətə mənfi təsir göstərə bilər.

Xəbər lenti

Xəbər lenti