...

Azərbaycan vətəndaşları üçün vizaların verilməsinin dayandırılması texniki xarakter daşıyıb – BƏƏ hökuməti

Siyasət Materials 5 Avqust 2010 15:52 (UTC +04:00)
Azərbaycan vətəndaşları üçün vizaların verilməsinin dayandırılması tam texniki xarakter daşıyıb.
Azərbaycan vətəndaşları üçün vizaların verilməsinin dayandırılması texniki xarakter daşıyıb – BƏƏ hökuməti

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Ü.Sadıxova/

Azərbaycan vətəndaşları üçün vizaların verilməsinin dayandırılması tam texniki xarakter daşıyıb. Bu barədə сümə axşamı Dubay Beynəlxalq hava limanının birinci terminalının rəhbəri Valid Əhməd Bakıda mətbuat konfransında bildirib.

Azərbaycanın 18 yaşdan 60 yaşadək kişi əhalisi son bir neçə gün ərzində Dubaya (BƏƏ) səfər etmək üçün viza almaq imkanına malik deyil. BƏƏ hökuməti heç bir səbəb göstərmədən bu istiqamətdə çalışan Azərbaycanın turizm agentliklərinə viza verməkdən imtina edir. Bu barədə bir sıra turizm agentlikləri Trend-ə məlumat veriblər.

"Problem təkcə Azərbaycan vətəndaşlarına deyil, həm də digər ölkələrin nümayəndələrinə aid olub. Bir həftə ərzində biz məlumat bazamızı yeniləşdirirdik və buna görə də vizaların verilməsi dayandırılmışdı", - Əhməd bildirib.

Dubay aeroportu nümayəndəsinin sözlərinə görə, hazırda bütün problemlər həll edilib və Azərbaycan vətəndaşları əvvəllər olduğu kimi, Əmirliklərə viza ala bilərlər.

"KİV-ə düzgün məlumat sızmayıb, vizaların verilməsinin dayandırılmasının yeganə səbəbi məlumat bazalarının yenişlənməsi olub. Bu heç də o demək deyil ki, biz Azərbaycan vətəndaşlarına qərəzli münasibət göstəririk", - o qeyd edib.

"Dubay Əmirlikdə bir çox sahibkarın işləməsini nəzərə alaraq, Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verir", - Əhməd deyib və vizaların verilməsinin artıq bərpa edildiyini əlavə edib.

Çərşənbə axşamı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Elxan Qəhrəmanov bildirib ki, azərbaycanlıların BƏƏ-yə səfər etmələri üçün vizaların alınması ilə bağlı problem tam həll olunub.

Qəhrəmanov deyib ki, Azərbaycan vətəndaşlarına vizaların verilməsindən imtina edilməsinə səbəb bəzi texniki problemlər olub və bütün bunlar artıq aradan qaldırılıb.

"Azərbaycanın BƏƏ-dəki səfirliyi son günlər bu ölkəyə səfər etmək istəyən azərbaycanlıların viza almaları ilə bağlı yaranan problemlə əlaqədar olaraq bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib. Bu gündən başlayaraq məsələ tamamilə həll olunub", - səfir Əbu Dabidən telefonla məlumat verib.

Xəbər lenti

Xəbər lenti