...

Gürcüstan Parlamentinin spikeri David Bakradze payızda ABŞ-a işgüzar səfər edəcək

Siyasət Materials 6 Avqust 2010 19:50 (UTC +04:00)
Gürcüstan Parlamentinin spikeri David Bakradze payızda ABŞ-a işgüzar səfərə yola düşəcək. Orada əsas müzakirə mövzusu ABŞ Koqresinin Rusiya işğalına münasibəti olacaq.
Gürcüstan Parlamentinin spikeri David Bakradze payızda ABŞ-a işgüzar səfər edəcək

Gürcüstan, Tbilisi, 6 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamentinin spikeri David Bakradze payızda ABŞ-a işgüzar səfərə yola düşəcək. Orada əsas müzakirə mövzusu ABŞ Koqresinin Rusiya işğalına münasibəti olacaq. Bu barədə qanunvericilik orqanının sədri Gürcüstanda səfərdə olan ABŞ konqresmenlərinin müşavirləri ilə görüşündən sonra bəyan edib.

Onun sözlərinə görə, görüşdə söhbət Gürcüstanda gedən siyasi proseslər haqqında olub.

"Söhbət ilk növbədə seçki, konstitusiya və iqtisadi sahələrdə gedən və planlaşdırılan islahatlar barədə olub. Lakin xüsusi diqqət Konqresin Gürcüstanın işğalı ilə bağlı mövqeyini müəyyənləşdirməsi üçün nəyi etməli olduğuna yönəlib. Çox güman ki, mən ABŞ-da payızda olacağam və əsas mövzulardan biri məhz Konqresin bu məsələ ilə bağlı mövqeyi olacaq. Konqresin münasibət bildirməsi təkcə Gürcüstan üçün deyil, həm də ümumilikdə, gələcək proseslərin inkişafı üçün də əhəmiyyət kəsb edəcək", - Bakradze qeyd edib.

Xəbər lenti

Xəbər lenti