...

Tbilisi merliyinin binası qarşısında küçə ticarətçilərinin irimiqyaslı aksiyası keçiriləcək

Siyasət Materials 11 Avqust 2010 10:51 (UTC +04:00)
Bu gün saat 12:00-da Tbilisi merliyinin binası qarşısında küçə ticarətçilərinin irimiqyaslı aksiyası keçiriləcək. Aksiya müxalifyönlü Mühafizəkarlar Partiyası və Gürcüstan Xalq Partiyasının təşkilatçılığı ilə keçirilir.
Tbilisi merliyinin binası qarşısında küçə ticarətçilərinin irimiqyaslı aksiyası keçiriləcək

Gürcüstan, Tbilisi, 11 avqust /Trend, müxbir N.Kirsxaliya/

Bu gün saat 12:00-da Tbilisi merliyinin binası qarşısında küçə ticarətçilərinin irimiqyaslı aksiyası keçiriləcək. Aksiya müxalifyönlü Mühafizəkarlar Partiyası və Gürcüstan Xalq Partiyasının təşkilatçılığı ilə keçirilir.

Dünən Tbilisinin bəzi rayonlarında polis küçə ticarətçilərini onların ticarətlə məşğul olduqları ərazilərədən qovub. Bəzi yerlərdə ticarətçilərlə polislər arsında dava qeydə alınıb.

Tbilisi merliyi bütün küçə ticarətçilərinə, əsasən, bazarlarda alternativ yerlər təklif edib və bu yerləri yeni ilədək pulsuz tutmağa icazə verib. Lakin bu təklif küçə ticarətçilərinin xoşuna gəlmir. Çünki onlar öz müştərilərini itirməkdən qorxurlar. Onlara bazar gedən yollarda alıcı tapmaq daha əlverişlidir. Bazarda olan ticarətçilər isə küçə ticarətçilərinin hərəkətlərindən ziyan çəkir və merliyin bu problemi həll etməyəcəyi halda, onların da küçələrə çıxacaqları ilə hədələyirlər.
Tbilsinin meri Qigi Uqulavanın məlumatına görə, Tbilisinin bazarlarında 16 min, küçələrdə isə 4 min ticarətçi alver edir.

Xəbər lenti

Xəbər lenti