...

Tbilisi meriyasının binası qarşısında qaçqınların və küçə ticarətçilərinin mitinqi keçirilib

Siyasət Materials 11 Avqust 2010 17:41 (UTC +04:00)
Tbilisi merliyinin binası qarşısında qaçqınların və küçə ticarətçilərinin aksiyası başa çatıb.
Tbilisi meriyasının binası qarşısında qaçqınların və küçə ticarətçilərinin mitinqi keçirilib

Gürcüstan, Tbilisi, 11 avqust /Trend, müxbir N.Kirsxaliya/

Tbilisi merliyinin binası qarşısında qaçqınların və küçə ticarətçilərinin aksiyası başa çatıb. Yüzə yaxın adam son iki həftə ərzində qaçqınların kütləvi köçürülməsi və küçə ticarətinə qadağa qoyulmasına etiraz ediblər.

Aksiya iştirakçıları merdən Tbilisinin hüdudlarında qaçqınlara yaşamaq üçün yer verilməsini, eləcə də küçə ticarətinə hüquqlarının bərpa edilməsini tələb ediblər.

Aksiyanın təşkilatçısı, Mühafizəkarlar Partiyasının liderlərindən biri Laşa Çxartişvilinin jurnalistlərə bildirdiyinə görə, etirazçılar Tbilisidə işləyən bütün qaçqınlar üçün paytaxtda mənzillərin verilməsi, küçə ticarətçiləri üçün isə onların iş yerlərinin saxlanmasını tələb ediblər.

Bu gün səhər qaçqınlar polisin köməyi ilə Zaqafqaziya Hərbi Dairəsinin keçmiş binasından çıxarılıblar. Həmin şəxslər artıq iki ildir bu binada yaşadıqlarını bildiriblər.

Qaçqınlar və köçürülmə işləri üzrə nazir hələlik bu məsələ ilə bağlı heç bir şərh verməyib. Yayılmış məlumata görə, qaçqınlara kompensasiya kimi 10 min dollar veriləcəyi vəd edilib.

Xəbər lenti

Xəbər lenti