Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasinin sədri Hu Szintaoya başsağlığı verib. Məlumatı сümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram. " - başsağlığı məktubunda deyilir.