...

Prezident İlham Əliyev Azərbaycan və Makedoniya gömrük orqanları arasında sazişi təsdiq edib

Siyasət Materials 13 Avqust 2010 23:44 (UTC +04:00)
Prezident İlham Əliyev cümə günü 2010-cu il iyunun 26-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Makedoniya Respublikası Gömrük İdarəsi arasında kadrların peşəkarlığının artırılması və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan və Makedoniya gömrük orqanları arasında sazişi təsdiq edib

Prezident İlham Əliyev cümə günü 2010-cu il iyunun 26-da Brüssel şəhərində imzalanmış "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Makedoniya Respublikası Gömrük İdarəsi arasında kadrların peşəkarlığının artırılması və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinə tapşırılıb ki, sazişin həyata keçirilməsini təmin etsin.

Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Makedoniya Respublikası tərəfini xəbərdar etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti