Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonoya təbrik məktubu ünvanlayıb. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan-İndoneziya münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - məktubda deyilir.
İlham Əliyev Susilo Bambanq Yudhoyonoya möhkəm cansağlığı, işlərində uğurlar, dost İndoneziya xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.
İlham Əliyev İndoneziya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonoya təbrik məktubu ünvanlayıb. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.