...

Bakıda mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları saxlanılan seyfi oğurlayan şəxslər tutulub

Siyasət Materials 21 Avqust 2010 11:18 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən (BPİ) şənbə günü Trend-ə verilən məlumata görə, iyulun 15-də T.Şıxəliyev küçəsində Yasər Hətəmovun mənzilindən pəncərənin barmaqlıqlarını sındırmaq yolu ilə mənzilə daxil olan şəxslər içərisində 37 min manat, 50 min rubl, qızıl-zinət əşyaları və sənədlər olan seyfi oğurlayıb.
Bakıda mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları saxlanılan seyfi oğurlayan şəxslər tutulub

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında mənzilldən külli miqdarda pul və qızıl-zinət olan seyf oğurlayan şəxslər saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən (BPİ) şənbə günü Trend-ə verilən məlumata görə, iyulun 15-də T.Şıxəliyev küçəsində Yasər Hətəmovun mənzilindən pəncərənin barmaqlıqlarını sındırmaq yolu ilə mənzilə daxil olan şəxslər içərisində 37 min manat, 50 min rubl, qızıl-zinət əşyaları və sənədlər olan seyfi oğurlayıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, BPİ-nin Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinənlər - Məhəbbət Əliyev və əvvəllər məhkum olunmuş Habil Niftalıyev avqustun 20-də tutulublar.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam edir.

Xəbər lenti

Xəbər lenti