...

Azərbaycanın hakim partiyası müxalifətin uğur qazanmamasında KİV-i günahlandırmağı əsassız sayır

Siyasət Materials 24 Avqust 2010 11:35 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası müxalifətin uğur qazanmamasında KİV-i günahlandırmağı əsassız sayır.
Azərbaycanın hakim partiyası müxalifətin uğur qazanmamasında KİV-i günahlandırmağı əsassız sayır

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyası müxalifətin uğur qazanmamasında KİV-i günahlandırmağı əsassız sayır.

"Bugünkü Azərbaycan müxalifəti 20 ildir ölkədə müxalifətçiliklə məşğuldur. Əgər bu müddət ərzində müxalifət əhali tərəfindən dəstəklənməyibsə, burada medianı günahlandırmaq, ən azından, insafsızlıqdır", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı ATƏT-in təşkilatçılığı ilə keçirilən KİV-in seçkilərdə roluna dair konfransda YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.

Azərbaycanda Parlament seçkilərinin noyabrın 7-də keçirilməsi gözlənilir.

Əhmədov deyib ki, seçki zamanı hər hansı bir partiyanın nümayəndəsinin lazım olan qədər səs toplamaması, bütövlükdə, seçki prosesinin üzərinə kölgə salmamaq üçün əsas vermir.

"Hesab edirəm, hökumət Azərbaycanda seçki prosesinin şəffaflığının kifayət qədər təmin edilməsini, seçki prosesinə ictimai nəzarətin təmin edilməsi məqsədilə mətbuata normal şərait yaradıb", - YAP rəsmisi deyib.

Əhmədovun fikrincə, seçki kampaniyasının gedişində bütün siyasi partiyalar heç bir qərəz olmadan öz platformalarını Azərbaycan seçicilərinə təqdim edə bilərlər.

Müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbər öz çıxışında seçki ilə bağlı qanunvericilikdə ziddiyyətli məqamlar və boşluqların mövcud olduğunu bildirib. O öz fikrini dövlət televiziyasında seçki kampaniyasının həyata keçirilməsinə icazə verilməməsi ilə əsaslandırıb.

"Təlimatlarda da ciddi dəyişikliklərə ehtiyac var. Qanunların və təlimatların doğru olması önəmlidir. Qanunlardan əlavə, həmin onların praktikada tətbiqi də önəmlidir. Biz proseslərdə qanunlarda yazıldığı kimi, bərabərliyin olmasının tərəfdarıyıq", - Qəmbər əlavə edib.

Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli televiziyalarda müxalifət partiyalarının fikirlərini bildirməsi üçün yer ayrılmadığını nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti