Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir S.Süleymanov/
İran nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilənin üzvü olduğundan, öz sınaqlarının dinc xarakterliliyini nümayiş etdirməlidir. Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi Təşkilatının Hazırlıq komissiyasının icraçı-katibi Tibor Tot (Tibor Toth) belə qənaətdədir.
"İran nüvə sınaqlarının qadağan olunması haqqında müqavilə imzalayıb", - Tot çərşənbə günü Astanada keçirilən mətbuat konfransında deyib. - "Əgər o [İran], açıq olarsa və dünya birliyinə öz nüvə proqramının dinc xarakterdə olduğunu nümayiş etdirərsə, bu, vəziyyətin həll yollarından biri olar".
ABŞ və bir sıra Avropa ölkələri İranı dinc atom proqramı pərdəsi altında nüvə silahı istehsal etmək niyyətində olmaqda günahlandırırlar. İran onun nüvə proqramının, istisnasız olaraq, dincxarakterli olduğunu bəyan edərək, ittihamları rədd edir. İndiyədək BMT TŞ İranın nüvə proqramını dayandırmaq üçün bu ölkəyə qarşı 4 qətnamə qəbul edib və Tehranı uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmağa çağırıb.