...

Yaponiyanın Azərbaycandakı səfiri Tovuz rayonuna səfər edib (FOTO)

Siyasət Materials 25 Avqust 2010 21:54 (UTC +04:00)
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki Tovuz rayonuna səfəri icra hakimiyyətində rəsmi görüşlə başlayıb. Rayonun rəhbəri Tofiq Zeynalov səfirə Tovuzun iqtisadi və turizm potensialı barədə məlumat verib və qonağa saz hədiyyə edib. Səfir öz növbəsində bildirib ki, bu, onun Tovuza ilk səfəridir. Bu rayonun təbiətinin Yaponiyaya çox oxşadığını bildirən diplomat, Azərbaycanla Yaponiya dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksək olduğunu söyləyib.
Yaponiyanın Azərbaycandakı səfiri Tovuz rayonuna səfər edib (FOTO)

Azərbaycan, Gəncə, 25 avqust /Trend, müxbir V. Məmmədov/

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki Tovuz rayonuna səfəri icra hakimiyyətində rəsmi görüşlə başlayıb. Rayonun rəhbəri Tofiq Zeynalov səfirə Tovuzun iqtisadi və turizm potensialı barədə məlumat verib və qonağa saz hədiyyə edib. Səfir öz növbəsində bildirib ki, bu, onun Tovuza ilk səfəridir. Bu rayonun təbiətinin Yaponiyaya çox oxşadığını bildirən diplomat, Azərbaycanla Yaponiya dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksək olduğunu söyləyib.

Sonra şəhidlər xiyabanı ziyarət edilib. Daha sonra isə Qala abidə kompleksində Azərbaycanın tarıxı və ərazisi barədə səfirə məlumat verilib. Millət vəkili Qənirə Paşayeva tarix boyu azərbaycanlıların başına gətirilən oyunlardan söz açaraq ölkəmizin daim yadelli işğalçıların hücumuna məruz qaldığını söyləyib. Səfirə bildirilib ki, son bir neçə yüzillik boyu Azərbaycanın ərazisi zorla alınaraq qonşu ölkələrə verilib.

Diplomat Tovuzun Girzan kəndində tikilən Həkim Məntəqəsinin açılış mərasimində də iştirak edib. Səfir burada qeyd edib ki, kənddə tikilən həkim məntəqəsi layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin fevral ayının sonundan Yaponiyanın Azərbaycandakı Səfirliyinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Proqramı" çərçivəsində həyata keçirilib.

Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, Girzan kəndində yaşayanlar Ermənilərin 80-ci illərin sonlarında öz doğma yurd-yuvalarından qovduqları qaçqınlardır. 3 mindən artıq əhalisi olan kəndin həkim məntəqəsinə ehtiyacı olduğunu qeyd edən millət vəkili Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Okiyə həyata keçirilən bu layihəyə görə təşəkkürünü bildirib.

Səfirə məlumat verilib ki, istifadəyə verilən həkim məntəqəsi müasir standartlara cavab verir. Bina 5 otaqdan və sanitar qovşaqdan ibarətdir. Bundan əlavə tibbi məntəqə mebel avadanlığı (çarpayılar, kreslolar, masalar, stullar, dolabcalar və s.) ilə təmin edilib.

Görüş Tovuzun sərhəd kəndi Əlibəyliyə səfərlə davam edib. Burada millət vəkili Qənirə Paşayeva Yapon diplomata bildirib ki, Tovuz 70 kilometrdən artıq Ermənistanla həmsərhədir. Mütəmadi olaraq erməni silahlı qüvvələrinin  atəşkəs rejimini pozaraq sivil vətəndaşların normal həyat səviyyəsini pozduğunu və əhalinin snayperlərlə hədəfə alınaraq əkin sahələrində işləyə bilməməsini bildirən Qənirə Paşayeva buna bariz nümunə kimi kənd orta məktəbinin güllə baran edilən darvazasını, top atılması nəticəsində dağılan evi qonaqlara göstərdi. Səfir sərhəd kəndlərdə vətəndaşların yaşayış səviyyəsinin ağır olduğunu bildirdi.

"Biz Azərbaycanın ərazi bütövlüyünə hörmət göstəririk. Həmçinin ümid edirik ki, Qarabağ münaqişəsi ancaq sülh yolu ilə həll olunacaq. Bizim əsas mövqeyimiz odur ki, məcburi köçkün və qaçqınlara yardım göstərək, onların həyat səviyyəsinin yüksəldilməsi üçün səhiyyə, təhsil və s. sahələrdə müxtəlif layihələr həyata keçirək" deyə səfir bildirdi.
Əlibəyli və Hacıallı kənd sakinləri səfir Masamitsu Okiyə bilduiriblər ki iki kənddə 8 mindən artıq vətəndaşın yaşadığını, sakinlərin həkim məntəqəsi olmadığı üçün əziyyət cəkdiklərini bildirid. Diplomat yaxşı layihə təqdim ediləcəyi təqdirdə burada da həkim məntəqəsinin tikilməsi üçün maliyyə dəstəyinin veriləcəyini qeyd etdi.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Masamitsu Okinin Tovuza səfəri Göytəpə arxeoloji ekspedisiyasında aparılan qazıntı işləri ilə tanışlıqla sona çatdı. Səfirə burda məlumat verildi ki, Göytəpədə eramızdan əvvəl 6-cı minilliyə, neolit dövrünə aid tarixi eksponatlar tapılıb. Burada qazıntı işləri 3 il bundan əvvəl başlayıb. 2008-ci ildə isə işlər Yaponiyanın Tokio Universitetinin əməkdaşları ilə  birlikdə davam edib.

Xəbər lenti

Xəbər lenti