Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın iqtidaryönlü Ana Vətən Partiyası (AVP) da seçkilərə blok şəklində getmək istəyir. Bu barədə şənbə günü Trend-ə AVP sədri Fəzail Ağamalı bildirib.
"Seçki kampaniyasının başlanmasına 10 günə yaxın bir vaxt var. Siyasi proseslər elə bir vəziyyətə gələ bilər ki, məqsədimiz, fəaliyyətimiz və strateji hədəflərimiz bir olan partiyalarla blok yarada bilərik. Bu, istisna olunmur", - Ağamalı əlavə edib.
Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Ağamalı birlikdə blok yarada biləcəkləri partiyaların da adını çəkib.
"O partiyalarla biz bloka girə bilərik ki, həmin partiyaların partiya olaraq AVP-nin imkanları qədər imkanları olsun və ən azı ona bərabər olsun. Biz potensialımızı onların qələbəsinə xərcləməyək. Bu partiyalar Demokratik İslahatlar, Sosial Rifah və Vətəndaş Birliyi partiyaları ola bilər", - partiya sədri deyib.
Ana Vətən Partiyası Azərbaycan Milli Azadlıq Hərəkatı zamanı bir qrup ziyalı və tələbənin təşəbbüsü ilə yaradılıb. 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 1995-ci ildən bаşlаyаrаq pаrtiyа üç çаğırışda Аzərbаycаn Rеspubliкаsının pаrlаmеnt sеçкilərində iştirак еdib, birinci çаğrışdа bir, iкinci və üçüncü çаğrışdа isə iкi mаndаt əldə еdib.