Аzərbaycan, Bakı, 30 avqust /Trend, müxbir М.Əliyev/
Azərbaycan Parlamentinin Hüquq siyasəti və dövlət tikintisi komitəsinin sədri Əli Hüseynov Beynəlxalq Antikorrupsiya Akademiyasının açılışında iştirak edəcək. Bu barədə bazar ertəsi Azərbaycan Milli Məclisindən verilən məlumatda deyilir.
Komitənin sədri tədbirdə iştirak etmək üçün avqustun 31-dən sentaybrın 5-nə qədər Avstriyanın paytaxtı Vyanada səfərdə olacaq.