...

Astanada ATƏT sammitinin keçirilməsi Qazaxıstanın nüfuzunu dünyada artıracaq – Prezident Nazarbayev

Siyasət Materials 1 Sentyabr 2010 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir S.Süleymanov/

Astanada ATƏT-in qlobal forumunun keçirilməsi nəinki dünyada Qazaxıstanın nüfuzunu artıracaq, eyni zamanda, ölkənin inkişafına impuls verəcək. Bunu Prezident Nazarbayev Parlament palatalarının bugünkü birgə iclasında çıxış edərkən deyib.

"ATƏT üzvü olan bütün dövlət başçılarının iştirakı ilə keçirilən belə səviyyəli sammitə bütün dünyanın diqqəti cəlb olunacaq. Əminəm ki, bütün dünyaya qonaqpərvərlik nümayiş etdirəcəyik", - dövlət başçısı qeyd edib.

Prezidentin sözlərinə görə, Parlament də, hökumət də bu məsələyə xüsusi məsuliyyətlə yanaşmalıdır.

"Biz hazırlaşmalıyıq, sammiti yaxşı səviyyədə qarşılamalı və keçirməliyik. Başlıcası, bu beynəlxalq sammitin əsas sənədlərini qəbul etməkdir", - Nazarbayev bildirib.

Onbirillik fasilədən sonra, bu il dekabrın 1-2-də Astanada ATƏT-in növbəti sammiti keçiriləcək. Təşkilatın son sammiti 1999-cu ildə İstanbulda olub.

Xəbər lenti

Xəbər lenti