...

Azərbaycanda səfərdə olan Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Siyasət Materials 3 Sentyabr 2010 11:54 (UTC +04:00)
Sentyabrın 3-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanda səfərdə olan Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 3-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Rusiya Prezidenti Dmitri Medvedevi və xanımı Svetlana Medvedevanı səmimiyyətlə qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verib. Rusiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Rusiya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Dmitri Medvedevə, Rusiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti