Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir S.Ağayeva/
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi sentyabrın 5-də ikigünlük səfərlə Bakıya gələcək. Bu barədə cümə günü Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat veriblər.
Semnebi Azərbaycan hakimiyyəti ilə məsləhətləşmələr aparacaq, Dağlıq Qarabağın azərbaycanlı icması, siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Səfər Azərbaycan və Cənubi Qafqaz regionunda baş verən son hadisələrə, eləcə də ölkədə keçiriləcək parlament seçkilərinə həsr olunacaq.
Azərbaycanda parlament seçkilərinin noyabrın əvvəlində keçirilməsi nəzərdə tutulur.