...

Xəzəryanı dövlətlərin Bakı sammitini ən yaxın aylarda keçirmək məqsədi var - Prezident İlham Əliyev

Siyasət Materials 4 Sentyabr 2010 04:43 (UTC +04:00)
Xəzəryanı dövlətlərin sammitinın Bakıda keçirilməsinə heç bir maneə yoxdur, bunu cümə günü Rusiya Prezidenti Dmitri Medvedevlə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Xəzəryanı dövlətlərin Bakı sammitini ən yaxın aylarda keçirmək məqsədi var - Prezident İlham Əliyev

Xəzəryanı dövlətlərin sammitinın Bakıda keçirilməsinə heç bir maneə yoxdur, bunu cümə günü Rusiya Prezidenti Dmitri Medvedevlə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Prezidentinin sözlərinə görə, həmin məsələ Dmitri Medvedevlə müzakirə olunub.

"Xəzər dənizinin delimitasiyası ilə əlaqədar məsələnin tənzimlənməsi barədə mövqelərimiz üst-üstə düşür. Bildiyiniz kimi, bizim milli sektorların ölkələrimiz arasında bölünməsi barədə müvafiq saziş imzalanmışdır. Hesab edirik ki, bu, çox yaxşı formatdır və Xəzər dənizinin statusu ilə bağlı məsələnin hərtərəfli tənzimlənməsinə nail olmaq üçün möhkəm zəmin ola bilər", İlham Əliyev qeyd edib.

Onun sözlərinə görə, sammitin keçirilməsinin təxmini vaxtı da müzakirə edilib.

"Tərəfdaşlarımızla, Xəzəryanı bölgədəki qonşularımızla müvafiq məsləhətləşmələrdən sonra həmin vaxtı konkret müəyyən edəcəyik. Mənim bildiyimə görə, bizim başa düşdüyümüz mənada məqsəd həmin sammitin keçirilməsini 2011-ci ilə təxirə salmamaqdan, onu ən yaxın aylarda, 2010-cu ildə Bakıda keçirməkdən ibarətdir", Prezident İlham Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti