...

Azərbaycanda kibercinayətkarlıq hallarının sayı artıb - MTN rəsmisi

Siyasət Materials 7 Sentyabr 2010 13:11 (UTC +04:00)
Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişaf getdikcə, kibercinayətkarlıq hallarının da sayı ilbəil artmağa başlayıb.
Azərbaycanda kibercinayətkarlıq hallarının sayı artıb - MTN rəsmisi

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişaf getdikcə, kibercinayətkarlıq hallarının da sayı ilbəil artmağa başlayıb, - Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ATƏT-in təşkilatçılığı ilə keçirilən kibertəhlükəsizliyə həsr olunmuş seminarda çıxışı zamanı Milli Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Kərim Kərimov bildirib.

"Kibercinayətkarlıq kimi cinayətlərə "çirkli pullar"ın yuyulması, kredit kartlarından oğurluq halları və son hallar isə mütəşəkkil cinayətkar qrupların bir neçə ölkədən bir-birlərini tanımadan cinayət fəaliyyətini həyata keçirməsi, internet qovşaqlarında qanunsuz rabitə kanallarının təşkil edilməsi daxildir. Eyni zamanda, kompüter şəbəkələri vasitəsilə informasiyaların məhvi, dezinformasiyaların verilməsi, yad ideoloji təbliğat aparılması, dağıdıcı virus proqramlarının yayılması, qanunsuz informasiyaların əldə olunması üzrə xüsusi texniki vasitələrin alqı-satqısı, bank-maliyyə fırıldaqlarının törədilməsi, terror üzrə bilə-bilə yalan məlumat verilməsi kimi cinayətlər mövcuddur", - Kərimli bildirib.


Onun sözlərinə görə, 2000-ci ildə Azərbaycan Cinayət Məcəlləsinə kompüter cinayətkarlığına dair üç maddə daxil edilib. Həmin maddələrin istintaq fəaliyyəti Milli Təhlükəsizlik Nazirliyinə həvalə edilib.

"Bununla əlaqədar MTN-də yeni qurum - kompüter cinayətkarlığına qarşı mübarizə üzrə yeni qurum fəaliyyətə başlayıb. Bu sahədə hər hansı fəaliyyətin tədqiqatı və məhkəməyə qədər aparılması həyata keçirilir", - Kərimli bildirib.

Xəbər lenti

Xəbər lenti