Gürcüstan, Tbilisi, 8 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Finlandiyanın xarici işlər naziri Aleksandr Stub hesab edir ki, Rusiya və Gürcüstan mütləq danışıqlar masası arxasına oturmalıdırlar. O, bu barədə Gürcüstan XİN rəhbəri Qriqol Vaşadze ilə görüşdən sonra mətbuat konfransında deyib.
"İstənilən münaqişənin üç mərhələsi var. Birincisi - gərginliyin artması, ikincisi - bilavasitə münaqişənin özü və nəhayət, sonradan onun nizamlanması prosesi gəlir ki, bu da ən uzun və mürəkkəb mərhələdir. Tərəflərin masa arxasında oturmaları lazımdır, bu baxımdan, Cenevrə danışıqları çox vacibdir", - Stub qeyd edib.