...

Gürcüstanda yeni Konstitusiya layihəsinin ümumxalq müzakirəsi başa çatacaq

Siyasət Materials 10 Sentyabr 2010 12:28 (UTC +04:00)
Gürcüstanın yeni Konstitusiya layihəsinin ümümxalq müzakirəsi üzrə təşkilat komissiyası cümə günü son görüşlər və iclasın işini başa çatdıracaq.
Gürcüstanda yeni Konstitusiya layihəsinin ümumxalq müzakirəsi başa çatacaq

Gürcüstan, Tbilisi, 10 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın yeni Konstitusiya layihəsinin ümümxalq müzakirəsi üzrə təşkilat komissiyası cümə günü son görüşlər və iclasın işini başa çatdıracaq. Komissiyanın sədr müavini Avtandil Demetraşvilinin Trend-ə verdiyi məlumata görə, Konstitusiya layihəsinin müzakirəsi ötən həftələr ərzində fəal keçib və onun müzakirəsində qeyri-parlament müxalifət partiyaları da iştirak ediblər.

Görüşlər həmçinin Milli özünüidarə assosiasiyası, Gürcüstan Milli Akademiyası və Biznes Assosiasiyasında keçirilib.

Məlum oduğu kimi, Konstitusiya layihəsinin ümumxalq müzakirəsi üzrə təşkilat komissiyası öz işinə cari ilin 21 iyulunda başlayıb.

Yeni Konstitusiya layihəsinin ümumxalq müzakirəsi Gürcüstan parlamentində davam etdiriləcək.

Ölkənin yeni qanun layihəsi qanunverici, icraedici və məhkəmə hakimiyyətləri arasında balansı yeni qaydalar üzrə bölüşdürür, məhkəmə hakimiyyətinə böyük müstəqillik verir, mülkiyyətin müdafiəsi üçün etibarlı zəmanətin yaradılmasını və s. nəzərdə tutur.

Konstitusiya komissiyasında yeni Konstitusiya layihəsinin hazırlanmasına bir ildən çox vaxt sərf olunub.

Xəbər lenti

Xəbər lenti