...

Azərbaycan Prezidenti ilə Rumıniya Prezidenti arasında görüş keçirilib

Siyasət Materials 13 Sentyabr 2010 23:18 (UTC +04:00)
Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Trayan Besesku ilə görüşü olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti ilə Rumıniya Prezidenti arasında görüş keçirilib

Sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Trayan Besesku ilə görüşü olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, dövlət başçılarının görüşlərinin və qarşılıqlı səfərlərin ölkələrimizin əlaqələrinin daha da genişlənməsi baxımından önəmli olduğu qeyd edildi. Prezidentlər sabah Bakıda keçiriləcək

Azərbaycan, Gürcüstan, Rumıniya prezidentləri və Macarıstan Baş nazirinin görüşünün əhəmiyyətinə toxunaraq, AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması işindəki əhəmiyyətini vurğuladılar, tədbirin regional əməkdaşlığın möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə etdilər.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti barədə söhbət açdı.
Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti